Trampdan gözlənilməz qərar

Trampdan gözlənilməz qərar

10 2 19:17 - 08 Yan

ABŞ-ın yeni prezidenti Donald Tramp İndiana ştatından olan sabiq senator Deniel "Den" Koutsu ölkənin Milli Kəşfiyyatına direktor təyin edib.


Tramp deyib: "Tam əminəm ki, senatoi Den Kouts milli kəşfiyyatın direktoruu postuna doğru seçimdir. Kouts peşəkar sahələrdə dərin biliklərini və kəşfiyyat qurumuna rəhbərlki etmək üçün vacib olan sağlam düşüncəni nümayiş etdirib".


Kouts bu qərar üçün D.Trampa minnətdarlıq edərək deyib: "Amerikanın təhlükəsizliyini təmin etməkdən böyük prioritetim yoxdur. Birləşmiş Ştatların təhlükəsiz olması üçün əlimdə olan bütün imkanlardan istifadə edəcəyəm".


73 yaşlı Den Kouts 10 il İndiana ştatından senator olub və Senatın kəşfiyyat komitəsində yer alıb. Corc Buşun prezilentliyi dönəmində o, ABŞ-ın Almaniyadakı səfiri idi.