"Baku Bus"un avtobusu ağır qəza törətdi

"Baku Bus"un avtobusu ağır qəza törətdi

14 2 12:28 - 10 Yan

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus"a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco" markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai" toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.


Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.


5:19


Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib.


Hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb.


"BakuBus"a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub.


Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib.


Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır.