"Beşmərtəbə"də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı

"Beşmərtəbə"də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı

43 0 10:38 - 09 Yan

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın "Beşmərtəbə" kimi tanınan ərazisindəki yol nişanının dəyişdirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.


 Açıqlama verən İdarənin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin ərazidə yol hərəkəti xronometraj xarakterli dəyişdirildiyindən yanvarın 9-dan əvvəlki qaydaya qaytarılıb: "Həmin ərazidə pik saatlarında yaranan sıxlığın qarşısını almaq üçün hərəkətdə dəyişiklik edilərək xronometraj aparıldı. Yəni, Azərbaycan prospekti ilə hərəkət edən avtomobillərə "Beşmərtəbə" dairəsinə daxil olarkən üstünlük verildi.


 C.Cabbarlı küçəsi ilə "Beşmərtəbə" dairəsi üzrə hərəkət edən avtomobillər "Dayanmadan keçmək qadağandır" yol nişanının tələbinə uyğun hərəkət etməli idi. Son bir neçə gündə aparılan müşahidələr göstərdi ki, bu dəyişiklik ərazidəki tıxacı aradan qaldırmır, ona görə də hərəkət yanvarın 9-dan əvvəlki qaydaya qaytarıldı". Hazırda ərazidə hərəkət əvvəl nəzərdə tutulduğu kimi təşkil edilib.