Azərbaycan Beynəlxalq Bankının səhmdarları növbədənkənar toplaşır

Azərbaycan Beynəlxalq Bankının səhmdarları növbədənkənar toplaşır

29 0 08:18 - 05 Yan

 Yanvarın 10-da saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


Yığıncağın gündəliyinə ABB-nin İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədovun tutduğu vəzifədən azad edilməsi və İdarə 

Heyəti sədrinin təyin edilməsi haqqında məsələ daxildir.


Qeyd edək ki,  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2016-cı il dekabrın 8-də keçirilən növbədənkənar 

toplantısında Bankın Müşahidə Şurasının qərarı ilə E.Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu 

Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.