Sentyabr-oktyabr aylarında bankların kredit portfeli 2%-dən çox azalıb

Sentyabr-oktyabr aylarında bankların kredit portfeli 2%-dən çox azalıb

18 1 17:22 - 30 Dek

Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 2016-cı ilin dekabr ayının 1-nə 15 771,1 mln. manat təşkil edib. 

 

Oktyabrla müqayisədə noyabrda bankların kredit portfeli 456,8 mln. manat və ya 2,98% artıb.

 

Amma bu ilin sentyabrı ilə müqayisədə noyabrda kredit portfeli üzrə 381,4 mln. manat və ya 2,42% azalma qeydə alınıb.

 

Qeyd edək ki, sentyabrda bankların kredit portfeli 16 mlrd. 152,5 mln. manat, oktyabrda 15 mlrd. 314,3 mln. manat, noyabrda isə 15 mlrd. 771,1 mlrd. manat təşkil edib.