Cəlilabadda qanunsuz ov edən şəxslər tutulub

Cəlilabadda qanunsuz ov edən şəxslər tutulub

44 0 04:03 - 08 Dek

Cəlilabadda qanunsuz ov edən şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 7-də Cəlilabad rayon sakinləri İnşaallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanmış quş götürülüb.
 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.