“Bizim Market” şəbəkələrində siqaretlər baha satılır - FOTOFAKT

“Bizim Market” şəbəkələrində siqaretlər baha satılır - FOTOFAKT

22 0 10:51 - 09 Yan

"Bizim Market” şəbəkələrində hələ də siqaretlər köhnə qiymətlə, yəni baha satılır.


 Bu barədə jurnalist Mahir Məmmədli məlumat verib. Onun sözlərinə görə, siqaretlərin qiyməti ölkəboyu endirilsə də, "Bizim market”də hələ də qiymətlər əvvəlki aylarda olduğu kimi, baha saxlanılıb: "Ölkənin ən ucqar yerində də siqaret ucuzlaşıb.


 Amma "Bizim market" köhnə qiymətlərlə satır. Hər yerdə "Sobranie" 2 manat 80 qəpikdir. Təkcə "Bizim market"də 3 manat 30 qəpiyə satılır. Bu siqareti də çek götürmək üçün aldım". Jurnalist faktı təsdiq edən fotoları da paylaşıb.