DİN: Ötən gün 91 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün 91 cinayət faktı qeydə alınıb

11 0 10:46 - 07 Yan

Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb.


 Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, onların da 22-si "isti izlər"lə açılıb.


Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanı.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər tutulub.