Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib

Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib

9 0 10:17 - 07 Yan

Strateji Araşdırmalar Mərkəzindən oğurluq olub.


Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.


Faktla bağlı araşdırmalar davam etdirilir.