Təcridxanada öz qulağını kəsib yeyən şəxsə hökm oxundu

Təcridxanada öz qulağını kəsib yeyən şəxsə hökm oxundu

26 0 09:57 - 06 Yan

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Hünər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, H.Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib.


H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib.


H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub. H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apellyasiya şikayəti verib. Amma Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib.