Tarixdə bu gün 10 yanvar

Tarixdə bu gün 10 yanvar

8 2 11:29 - 10 Yan

1072 — Robert Qviskar Palermonu fəth etdi.


1810 — Napoleon Bonapart və Jozefina Boharnenin nikahı ləğv edildi.


1861 — ABŞ Vətəndaş müharibəsi dövründə Florida İttifaqdan ayrıldı.


1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verildi.


1870 — Con Rokfeller (şəkildə) "Standart Oil Co" şirkətini təsis etdi.


1946 — Londonda 51 dövlətin nümayəndəsinin iştirakı ilə BMT Baş Assambleyasının ilk iclası başladı.


2001 — Vikipediya Nupediyanın tərkibində fəaliyyətə başladı.