Ermənistanda saxta sənədlə Avropaya miqrant göndərən dəstə ifşa edilib

Ermənistanda saxta sənədlə Avropaya miqrant göndərən dəstə ifşa edilib

24 1 07:03 - 30 Dek

Ermənistan Milli Təhlükəsizlik Xidməti qanunsuz yolla xaricə ölkə vətəndaşı daşıyan qrupu ifşa edib.


Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məbuat xidməti məlumat yayıb.


Xəbərdə bildirilib ki, 2016-cı ildə onlar Şengen müqaviləsinə üzv dövlətlərə Ermənistanın 200 vətəndaşını aparıb. 


Qruplaşma həmin ermənilərə saxta sənədlər, o cümlədən qaçqınlıqla bağlı dosye düzəldərək Şengen müqaviləsinə üzv dövlətlərin keçmiş sovet respublikalarındakı səfirliklərinə təqdim edirmişlər.


Məlumata görə, hər ermənidən bu saxtakarlıq üçün 2000-3500 avro pul alırmışlar.


Faktla bağlı 5 nəfərlik qrup üzvlərinə “qanunsuz miqrasiyanı təşkil etmək”, “rüşvət almaq”, “rüşvət vermək” və “rüşvət almaqda vasitəçilik etmək” maddələri əsasında cinayət işi açılıb.