Klubumuzda oynadı, indi erməniyə kömək edir

Klubumuzda oynadı, indi erməniyə kömək edir

14 2 12:45 - 07 Yan

Rusiyanın "Anji" futbol komandasının məşqçilər heyətinin tərkibi açıqlanıb.


Heyətdə artıq fəaliyyətini dayandırmış Quba "Şahdağ"ının sabiq futbolçusu Anzur Sadirov da yer alıb. O, Aleksandr Qriqoryanın yeni baş məşqçi olduğu komandada böyük məşqçi Dmitri Beznyak və qapıçılarla işləyən məşqçi Nikolay Şleyevlə birgə məqşçi kimi çalışacaq.


Qeyd edək ki, Anzur Sadirov 2000-ci ildə "Şahdağ" Azərbaycan çempionatının yüksək liqasında oynadığı vaxt Mahaçqala "Dinamo"sundan icarəyə götürülüb. Hazırda 38 yaşında olan keçmiş yarımmüdafiəçi Quba komandasında 2 oyuna çıxıb.