Sarkisyan və Petrosyan Qarabağın təcili qaytarılmasını istəyir

Sarkisyan və Petrosyan Qarabağın təcili qaytarılmasını istəyir

28 2 07:39 - 06 Yan

"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ərazilərin qaytarılmasını istəyir. Hansı ki, bu, onun istefasına səbəb olmuşdu. Görünür, o, öz fikirlərindən əl çəkməyib"

.

Bu sözləri Qarabağdan olan erməni hüquqşünas Karen Oqandjan deyib.


Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan da Petrosyanla eyni fikirdədir:
"O da ərazilərin qaytarılmasını istəyir və faktiki olaraq bu məsələnin müzakirə olunduğu danışıqlarda iştirak edir. Petrosyan və Sarkisyan həmçinin, münaqişənin həlli açarının Rusiyada olduğunu bildirir. Bununla onlar kimin emissarları olduqlarını da etiraf edirlər".

Qeyd edək ki, Levon Ter-Petrosyan bir müddət öncə ərazilərin təcili qaytarılmasının və münaqişənin həll olunmasının vacibliyini qeyd etmişdi.