AZAL bu mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb

AZAL bu mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb

29 1 12:43 - 17 Dek

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha 2 oyunu keçirilib.


"Report"un məlumatına görə, "Sumqayıt" "Zirə"ni, "Neftçi" isə AZAL-ı qəbul edib.


Hər iki oyunun taleyini bir qol həll edib. Sumqayıtdakı qarşılaşmada meydan sahibləri Mirabdulla Abbasovun 15-ci dəqiqədə vurduğu qolla qalib gəlib.


 Bununla da Samir Abasovun komandası 17 xalla 4-cü pilləyə yüksəlib. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da isə qonaqları 79-cu dəqiqədə David Canelidze sevindirib. Nəticədə Premyer Liqanın ilk dövrəsindən sonra qələbəsiz komanda qalmayıb. Lakin 8 xala malik AZAL sonuncu pillədən qurtula bilməyib.


Turun ilk oyununda isə "Qəbələ" "Kəpəz"i məğlub edib - 2:1. Son oyun hazırda "Qarabağ"la "İnter" arasında keçirilir. Birinci hissədən sonra hesab açılmayıb - 0:0.


Azərbaycan Premyer Liqası, XIV tur

17 dekabr

14:00. "Qəbələ" - "Kəpəz" - 2:1

Qol: Filip Ozobiç, 23-penalti ilə. Ruslan Qurbanov, 84-penalti ilə - Tural Axundov, 78-penalti ilə

Qırmızı vərəqə: Renan Silva, 83 ("Kəpəz")

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu


16:00. "Sumqayıt" - "Zirə" - 1:0

Qol: Mirabdulla Abbasov, 15

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

"Kapital Bank Arena"


16:00. "Neftçi" - AZAL - 0:1

Qol: David Canalidze, 80

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Dalğa Arena"