“Qarabağ” yoxlanışa Rusiyadan oyunçu çağırdı

“Qarabağ” yoxlanışa Rusiyadan oyunçu çağırdı

19 0 09:37 - 08 Yan

Antalyada hazırlıqları davam etdirən “Qarabağ” baxışa yeni oyunçu dəvət edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, ağdamlılar Rusiyanın “Amkar” klubunun üzvü Rinat Hüseynovu sınamaq üçün Türkiyəyə çağırıb.

 

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Hüseynov sabah komandanın düşərgəsinə qoşulacaq. Bildirilib ki, Qurban Qurbanov 20 yaşlı futbolçunu sınaqdan keçirəcək. Əgər onun səviyyəsi məşqçini qane etsə, kub onunla danışıqlara başlayacaq. 

 

Qeyd edək ki, bu mövsüm Perm klubunun gənclər komandasının heyətində 16 oyunda meydana çıxan Rinat 2 dəfə fərqlənməyə də imkan tapıb.