Ağabala Ramazanov "Qarabağ"a keçidindən danışdı

Ağabala Ramazanov "Qarabağ"a keçidindən danışdı

28 2 08:58 - 07 Yan

Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bilirdim. Karyeram üçün vacib təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam.

Bu sözləri "Qarabağ"ın yei transferi Ağabala Ramazanov deyib.


"İnter"dən ağdamlıların heyətinə keçən hücumçu transferi haqqında klubun saytına açıqlama verib: "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə işləyib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".


Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqda da danışıb: "Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermek üçün əlimdən gələni edəcəm".


Yeni transfer ağdamlı azarkeşlər haqda danışmağı da unutmayıb: "Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".