Bakıda 11-ci sinif şagirdi özünü öldürdü

Bakıda 11-ci sinif şagirdi özünü öldürdü

27 2 14:18 - 28 Dek

13:02


Bakı Şəhəri üzrə Təhsil İdarəsi 241 saylı orta məktəbin XI sinif şagirdi Firuz Məmmədovun intiharına münasibət bildirib.


İdarədən verilən cavaba görə, Xəzər rayonunun Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi 93 ünvanında qeydiyyatda olan 16 yaşlı Məmmədov Firuz Kamal oğlu 27.12.2016-cı il tarixdə axşam saatlarında yaşadığı evdə özünü asaraq intihar edib. F.Məmmədovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil: "F. Məmmədov Zirə qəsəbəsindəki Z.Ağayev adına 241 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. Təhsil aldığı ümumi təhsil müəssisəsində psixoloji durumu normal, müəllimlər və sinif yoldaşları ilə səmimi münasibət quran şagird kimi xarakterizə olunur. Dərsə davamiyyəti normal, təlim nəticələri zəif olub. Məktəb tərəfindən təşkil edilən tədbirlərdə aktiv iştirak edib".


-----------


10:39


241 saylı orta məktəbdən lent.az-a bildirilib ki, 16 yaşlı Firuz sakit, tərbiyəli şagird olub, dərsə davamiyyəti də qaydasında imiş.

Məktəb heyəti də onun  intihar xəbərini bu səhər eşidib. Heç kim onun niyə intihar etdiyini bilmir.


---------


09:47


Bakıda intihar hadisəsi baş verib.


Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.


Məlumata görə, F. Məmmədov orta məktəb şagirdidir. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.