On yeddi gün əvvəl Bakıda özünü binadan atan qız öldü

On yeddi gün əvvəl Bakıda özünü binadan atan qız öldü

41 2 01:24 - 11 Yan

Bakıda 17 gün əvvəl intihara cəhd edən qız xəstəxanada ölüb.


Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.

Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.