“Apple” direktonun maaşını kəsdilər

“Apple” direktonun maaşını kəsdilər

12 2 00:25 - 08 Yan

ABŞ-ın “Apple” şirkətinin direktoru Tim Kukun maaşında azalma olub.


Şirkətdən yayılan hesabatda 1,5 milyon dollarlıq azalmanın olduğu açıqlanıb. Nəticədə Tim Kukun maaşı aylıq 8,7 milyon dollara qədər azalıb.


Buna səbəb “iPhone 7”lərin  satışında gözlənilən nəticənin əldə olunmaması göstərilib. Belə ki, 215,6 milyard dollar qazanan “Apple” gözlənilən 223,6  milyarda çata bilməyib.


Qeyd edək ki, “Apple” 2015-ci ildə 234 milyard dollar qazanaraq rekorda imza atıb.