Azərbaycanda sənaye müəssisələrinin texnoloji modernləşməsi və texnologiya parklarının yaranması

Azərbaycanda sənaye müəssisələrinin texnoloji modernləşməsi və texnologiya parklarının yaranması

54 2 08:49 - 07 Yan

Azərbaycanda sənaye müəssisələrinin texnoloji modernləşməsi və texnologiya parklarının yaranması.

Məqalədə müasir iqtisadi şəraitdə ölkəmizdə sənaye müəssisələrinin inkişafı və onların xarici bazarlarda mövcud olan rəqabət mübarizəsinə qoşulması üçün ciddi texnoloji modernləşmənin zəruriliyi göstərilmiş və istehsal olunan sənaye məhsulunun rəqabət üstünlüyünə nail olması vasitələri araşdırılmışdır.


Açar sözlər: texnoloji modernləşmə, yüksək texnologiyalı investisiyalar,sənaye müəssisələri, texnologiya parkları, dövlət maliyyəsi, yüksək keyfiyyətli məhsul


Giriş.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, eləcə də, regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və digər proqramların müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində son 15 ildə respublikamız sosial - iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətə çevrilmişdir. Keçid dövrünün vəzifələri müvəffəqiyyətlə yerinə yetirilmiş, işsizliyin və yoxsulluğun səviyyəsi olduqca aşağı düşmüş, istehsal, bölgü və mübadilə sahələrində bazar münasibətləri tompaniy hökmüran xarakter almış, güclü maliyyə-valyuta ehtiyatı, əlverişli investisiya mühiti yaranmışdır, proses öz Azərbaycan sənayesinin strukturunda 2014-cu ildən başlayaraq mütərəqqi dəyişikliklər özünü daha aydın göstərmiş, emal sənayesi, neft məhsulları istehsalı, kimya, metallurgiya, maşınqayırma, kompüter və digər elektron avadanlıqlar istehsalı daha sürətlə inkişaf etməyə başlamışdır.

"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasına uyğun olaraq yeni dövrdə iqtisadiyyatın innovasiya yönümlü inkişafı və modernləşməsi, strukturunun mütərəqqi istiqamətdə təkmilləşməsi, məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəlməsi qarşıda duran mühüm strateji vəzifələr kimi müəyyənləşdirilmişdir. Sənayenin innovasiya yönümlü, inkişafı və jeyri nel

modernləşməsi, müəssisələrdə yeni texnika və texnologiyanın tətbiqi bütövlükdə iqtisadiyyatın inkişafı üçün çox vacib şərtidir.


Sənaye müəssisələrinin texnoloji modernləşməsi məsələləri.


Müasir iqtisadi şəraitdə sənaye müəssisələrinin səmərəli inkişafı ciddi və mütərəqqi texnoloji dəyişikliklər aparmadan mümkün deyil. Bu gün dövlət siyasətinə uyğun olaraq modernləşmə prosesində, texnoloji yeniliklərin tətbiqində sənaye assosiasiyaları və müəssisələri, dövlət inzibati, elmi və maliyə qurumları böyük rol oynamalı, ölkənin inkişafının milli prioritet- taərbayı lərindən biri kimi texnoloji yenidən silahlanma əsasında sənaye istehsalının rəqabət qabiliyyətinin Bu yüksəlməsi ön plana çəkilməlidir. İstehsal olunan sənaye məhsulunun rəqabət üstünlüyünə nail olmasının əsas vasitələri bunlardır:

- Yeni texnologiya avadanlıqları bazasında reallaşan müasir texnologiya;

- Məhsulun istehsalı prosesində vaxt və vəsait itgisinin minimumlaşmasını təmin edən müasir informasiya texnologiyası;

- Məhsulun qüsurlarının aşkara çıxarılması və onları ləğv etmək üçün çəkilən xərclərin minimumlaşmasını təmin edən məhsul keyfiyyətinin menecment sistemləri;

- Yüksək keyfiyyətli məhsulun dayanıqlı, effektiv istehsalını təmin etmək üçün zəruri olan müasir tədris və attestasiya sistemi (müəssisədə çalışan mühəndis, menecer və üçün )


AZƏRBAYCANIN MÜƏSSİSƏ-TEXNOLOJİ PROBLEMLƏRİ


Texnoloji modernləşmə nöqteyi-nəzərdən hal-hazırda bizim müəssisələrin təçhiz olunmasında əsaslı fərqlər var. Bu fərqi aradan qaldırmaq üçün qabaqcıl ölkələrin texnologiyadan istifadə təcrübəsini təhlil etməli və müsbət cəhətləri öyrənməliyik.

Bizim ölkənin sənayesinin inkişaf səviyyəsinə görə ümumdünya bazarında mövcud olan rəqabət mübarizəsinə geniş miqyasda qatılması üçün onun texnoloji bazası müasirləşməli və aşağıdakı istiqamətdə işlər aparılmalıdır:

- köhnəlmiş avadanlıqları dövriyyədən çıxarmaq,yeni yüksək texnologiyalı

avadanlıqların iürətli amortizasiyasını təmin etmək və bu sahədə müəssisələrin hüquqlarını genişləndirmək;

- əsas kapitalın fəal hissəsi olan yüksəktexnologiyalı investisiyalardan əldə olunan gəliri vergilərdən azad etmək;

- vergi investisiya kreditlərindən geniş istifadə etmək.

Muəssisələrn və sənayenin modernləşməsi və inkişafı şəhərlərin sənaye inkişafı (sənaye müəssisələri başlıca olaraq şəhərlərdə yerləşir), məhsuldar qüvvələrin səmərəli yerləşməsi və inkişafının, əhalinin həyat və mədəni-texniki səviyyəsinin yüksəldilməsinin çox mühüm şərtidir. Bu səbəbdən şəhərlərin sənaye inkişafına dövlət tərəfindən həmişə böyük diqqət yetirilmişdir.


Azərbaycanda texnoparkların yaranması.


Bu istiqamətdə Azərbaycan şəhərlərində ciddi işlər görülür - yeni yüksək texnologiyalı nüəssisələr tikilir, texnologiya parkları salmır, 80-90-ci illərdə inkişaf etmiş bütün əsas sahələr yeni şəraitə uyğun dirçəldilir və inkişaf etdirilir. Məsələn, Balaxanıda " Məişət tullantılarının emalı" zavodu tikilib. Burada ildə 500 min ton tullantı emal olunacaq, nəticədə ildə 231,5 mln.kVt elektrik min enerjisi istehsal olunacaqdır. Tullantıların emalı nəticəsində alman çöküntü yol tikintisi prosesində istifadə olunacaq. Şirvan şəhəri elektrik enerjisi istehsalına görə respublikada 2-ci yer tutur. Hazırda burada "Cənub " elektrik stansiyası tikilir və gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Beynəlxalq təşkilatların göstəricilərinə görə, bütün elmi parkların 40% tamamilə dövlət tərəfindən maliyyələşir. Yalnız özəl investisiyalar hesabına fəaliyyət göstərən elmi parklar 12% təşkil edir. Parkların 22%-i müxtəlif mənbələrdən maliyyələşir, 26%-i isə maliyyələşmə mənbələrini gizli saxlayır. Texnoparklann inkişafı üçün dövlət himayəsi zəruridir. Lakin maliyyə resurslarının məhdud olduğunu nəzərə alaraq, perspektiv layihələrin seçimində daha diqqətli olmaq və əlavə maliyyə mənbələrindən və səmərəli istifadə etmək lazımdır.

Bildiyimiz kimi, artıq ölkəmizdə də texnoparkların yaranması və fəaliyyət göstərməsi istiqamətdə geniş miqyasda işlər aparılır. 17 zavoddan ibarət olan

Sumqayıt Texnologiya (STP) Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən: 1) alternativ enerji mənbələrindən istifadə etməyə imkan yaradan avadanlıqlar; 2) iri çaplı plastik , yüksək təzyiqə davamlı metal - plastik borular; 3) külək və alçaq gücə malik su elektrik stansiyalarının avadanlıqları; 4) arqon, oksigen, azot və digər texniki qazlar; 5) irihəcmli metal konstruksiyaları qaynar üsulla sinkləmə; 6) günəş enerjisindən istifadə məqsədi ilə istehsal olunan qurğular; 7) müxtəlif çeşidli plastik kütlə, izolyasiyalı, müasir, alçaq, orta, yüksək elektrik güc kabelləri (MDB və Yaxın Şərqdə analoqu olmayan 500kV-luq mis və alüminium damarlı, korroziyaya davamlı sualtı qurğuşun qabıqlı, yeraltı polad alüminium zirehli və s; 8) izolyasiyalı elektrik hava xətləri naqilləri və müasir güc transformatorları istehsal olunur.

Müəssisələrdə istehsal olunan borular Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS Milli Sertifikatlaşdırma Sistemi üzrə Uyğunluq Sertifikatına malikdir.

Hazırda STP ərazisində 13 zavod fəaliyyət göstərir: Qaynar sinkləmə zavodu, Dəqiq emal mərkəzləri zavodu, Metal əritmə zavodu, Yüksək gərginlikli elektrik avadanlıqları zavodu, Toz boya sexi, Dəqiq emal mərkəzi zavodu.

STP - nin tabeliyində olan Polimer zavodunda Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılmışdır. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir.MDB- də bənzəri olmayan bu zavod daxili tələbatı ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. STP - də Ağır Maşınqayırma və Dəqiq Emal mərkəzi zavodlarının açılışı olmuşdur. Ağır maşınqayırma zavodu xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Dəqiq Emal mərkəzləri zavodu İsveçrə, İsveç və Almaniyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir.


Nəticə


Qeyd edilən faktlar göstərir ki, STP - də respublikanın iqtisadiyyatının

inkişafı üçün çox vacib və əhatəli işlər görülür. Lakin dünya təcrübəsində bütün texnoparklar ya universitetlərin bazasında yaradılmış, yaxud da onlarla sıx əlaqədə fəaliyyət göstərirlər. Məsələn, Rusiyada akkreditasiyadan keçmiş və ən yüksək bal toplamış texnoparklar (" Moskvoreçye texnoparkı " və MEİ ") Moskva Dövlət mühəndis institutunun və Moskva Dövlət energetika institutunun bazasında yaradılmışdır. STP-nin isə universitetlərlə əlaqəsi demək olar ki, yox dərəcəsindədir. Məsələn, Sumqayıt Dövlət Universitetində yüksək səviyyəli professor - müəllim kollektivi vardır. Bu kollektivin və tələbələrin texnoparka cəlb olunması, yüksək ixtisaslı kadrların hazırlanması üçün xarici ölkələrdə xüsusi kursların təşkil olunması və s. STP-nm inkişafına güclü təkan verə bilər (parkda fundamental və tətbiqi elmi - tədqiqat işlərinin aparılması, yeni ideyaların istehsala tətbiqi işlərinin yerinə yetirilməsi və s. məsələlər ehtiva olunmaqla)

Azərbaycanda yaranan texnoparklarda nöqsanların buraxılmaması üçün texnoparklann fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi məqsədilə üzə çıxan əhəmiyyətli faktorları nəzərə ılaraq, tətqiqatlar, təhlillər aparılmalı zəruri hallarla reğionlarda ekspertizalar keçirilməlidir.

Respublikamızda Sumqayıt şəhərindən başqa Bakı şəhəri Balaxanı rayonunda məişət ullantıları emalı zavodunun yanında texnopark yaradılmış, Gəncə şəhərində isə texnopark tikilməsi ləzərdə tutulur. Bunlardan başqa Naxçıvan və Mingəçevir kimi şəhərlərdə də yaxın gələcəkdə exnopark tikintisi nəzərdə tutula bilər. Məlumdur ki, texnoparklann yaradılması və məqsədyönlü stifadəsi iqtisadiyyatın innovasiya yönümlü və səmərəli inkişafının mühüm istiqaməti kimi diqqəti :əlb edir.Çalışmaq lazımdır ki, texnoparklar birinci növbədə regionda sənayenin inkişaf lerspektivlərini və nisbətən böyük sənaye-istehsal komplekslərinin formalaşması imkanlarını əzərə almaqla yaradılsın və çevik xarakter daşısın.