Çinin valyuta ehtiyatları azalıb

Çinin valyuta ehtiyatları azalıb

3 0 19:13 - 08 Yan

Çin Mərkəzi Bankı ölkənin valyuta ehtiyatlarının 2016-cı ilin dekabrında 41 milyard dollar azaldığını və 3 trilyon 11 milyard dollar olduğunu açıqlayıb.


Bu, 2011-ci ilin fevralından sonra qeydə alınan ən aşağı göstəricidir.

Beləliklə, Çinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər yuanın möhkəmləndirilməsinə nail olmaq cəhdi fonunda valyuta ehtiyatları 6 aydır ki, ardıcıl azalmaqdadır. Ümumiyyətlə, 2016-cı ildə yuanın dəyəri dollarla müqayisədə 6,6 faiz aşağı düşüb. Bu, 1994-cü ildən sonra 1 il ərzində yuanın dəyərinin azalması ilə bağlı ən yüksək göstəricidir.


Çinin qızıl ehtiyatları da azalır. 2016-cı ilin noyabr ayında qızıl ehtiyatları 69 milyard 785 milyon dollar dəyərində olubsa, dekabrda bu göstərici 68 milyard 878 milyard dollar səviyyəsinə düşüb.

Qeyd edək ki, yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayacaq D. Tramp ABŞ-a ixrac edilən Çin mallarına yüksək tariflər tətbiq edəcəyini bəyan edib. Bu da yuana əlavə təzyiqlər yaradacaq.