İrandakı keçmiş səfir vəfat edib

İrandakı keçmiş səfir vəfat edib

47 1 05:08 - 04 Yan

Azərbaycanın İrandakı keçmiş səfiri, professor Əliyar Səfərli vəfat edib.


O, 80 yaşında ürək xəstəliyindən dünyasını dəyişib.


Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyəytli səfiri işləyib.