İranın İstanbuldakı baş konsulluğu qarşısında Cənubi Azərbaycan milli fəalı ilə əlaqədar aksiya keçirilib

İranın İstanbuldakı baş konsulluğu qarşısında Cənubi Azərbaycan milli fəalı ilə əlaqədar aksiya keçirilib

26 1 15:09 - 18 Dek

Bu gün İstanbulda həbsdə olan Cənubi Azərbaycan milli fəalı ilə əlaqədar aksiya keçirilib.

 

Haqsız yerə həbsdə saxlandığı və işgəncəyə  məruz qaldığı üçün oktyabrın 25-dən Təbriz həbsxanasında aclıq edən gənc milli fəal Mürtəza Muradpurun həbsdən azad edilməsi tələbi ilə İranın İstanbuldakı baş konsulluğunun qabağında etiraz aksiyası keçirilib.

 

Güney Azərbaycan Milli Azadlıq Hərəkatı İstanbul şöbəsi və Turan Ocaqları təşkilatının  birgə təşkil etdikləri aksiyaya Türk Ocaqları Təşkilatının İstanbul şöbəsinin önündən start verilib və aksiyaçılar İran baş konsulluğunun qarşısına toplaşıblar. Aksiya iştirakçıları M. Muradpurun dərhal həbsdən azad edilməsini və İrandakı bütün siyasi məhbuslara amnistiya tətbiq edilməsini tələb ediblər.


 Daha sonra etiraz aksiyasının qətnaməsi oxunub. Qətnamədə İranda Azərbaycan dilinin təzyiq altında saxlanıldığı, Azərbaycan bölgələrinin sərvətlərinin başqa bölgələrə daşındığı və milli hüquqların tapdandığı qeyd edilir, siyasi siyasi məhbusların dərhal azadlığa buraxılması tələb edilir. 


Qətnamənin sonunda qeyd edilib ki, ”71 il əvvəl bu gün  İranda milli Azərbaycan dövləti qurularaq xalqımıza azadlıq ruhu daddırılıb, biz o azadlığı yenidən əldə edəcəyik”.

 

Təxminən  100 nəfərin iştirak etdiyi aksiyada  heç bir insident baş vermədən sona çatıb. Etiraz aksiyasında İstanbulda yaşayan Azərbaycan vətəndaşları da iştirak ediblər.