Azərbaycanda məktəblilərə İŞİD-lə bağlı qorxulu mesaj göndərildi

Azərbaycanda məktəblilərə İŞİD-lə bağlı qorxulu mesaj göndərildi

41 2 11:44 - 21 Dek

Sumqayıt şəhərində məktəblilərə İŞİD-lə bağlı ‘whatsapp’ mesajı göndərilir.


Məlumata görə göndərilən mesajda heç bir həqiqəti əks etdirməyən İŞİD terror təşkilatı ilə bağlı qeydlər öz əksini tapıb. Belə ki, məktəblilər arasında qorxu yaradan bu mesajda "0508" axırı "59"la bitən bir nömrədən zəng gələcəyi təqdirdə telefonu açmamaları təkidlə bildirilib. Buna səbəb telefon zənginin açılacağı təqdirdə İŞİD terror təşkilatının öncədən yerləşdirdiyi bir partlayıcının işə düşəcəyidir. Məlumatda 214 ədəd partlayıcının buna görə işə düşdüyü bildirilib. Sonda isə şagirdlərə bu mesajı digər dostlarına da göndərmələri xahiş edilib.


Artıq məsələ ilə bağlı valideynlər arasında da ciddi narahatlıq yaşanıb. Bu yalan və uydurulmuş məlumatın kim tərəfindən hansı məqsədlə göndərilməsi isə məlum deyil.