İraqda İŞİD silahlılarının hərbçilərə və polisə hücumu nəticəsində 4 nəfər həlak olub

İraqda İŞİD silahlılarının hərbçilərə və polisə hücumu nəticəsində 4 nəfər həlak olub

11 1 15:01 - 06 Yan

 İŞİD terror qruplaşmasının silahlıları dünən gecə saatlarında İraqın şimalındakı Tikrit şəhəri yaxınlığında yerləşən Əl-Daur bölgəsində hərbi posta və polis bölməsinə hücum ediblər.


Hücum nəticəsində 4 hərbçi həlak olub, daha 12 nəfər yaralanıb. Hərbi posta hücuma iki terrorçu-kamikadze və bombalı avtomobil cəlb olunub.


Terrorçular bir qədər sonra polis bölməsinə hücum edərək binanı yandırıblar. Bu hücum zamanı xəsarət alan olmayıb.