İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin əksəriyyəti ölüb

İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin əksəriyyəti ölüb

24 2 21:36 - 21 Dek

"Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin əksəriyyəti ölüb".


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Fitnə" sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib.


Mübariz Qurbanlı bildirib ki, onların həyat yoldaşları müharibə zonalarında qalıb: "Azərbaycanın xüsusi xidmət orqanları onların xanımlarını Suriyadan çıxarmağa çalışır. Təbii ki, həmin ölkəyə gedənləri sonradan tapmaq çox çətindir. Çünki orada nəinki qadınları, kişiləri də satırlar".


Mübariz Qurbanlı deyib ki, İŞİD-ə qoşulan, Suriyaya döyüşmək üçün gedən insanlar müxtəlif məqsədlərinin olduğunu açıqlayıblar: "Onlardan bəziləri pula, bəziləri üç qadın verildiyinə və bəziləri cihad məqsədilə Suriyaya getdiyini deyir. Ümumiyyətlə, İŞİD-ın 60 min silahlısının 40 faizi Avropadan gəlib".