Mosulda İŞİD liderinin köməkçisi əsir götürülüb

Mosulda İŞİD liderinin köməkçisi əsir götürülüb

26 1 14:25 - 27 Dek

İŞİD terror qruplaşmasının rəhbəri Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri Mosul şəhərində yaxalanıb.


Bu barədə "Əl Sumaria" telekanalı məlumat yayıb.


Məlumata görə, Əbu Haris əl-Matyuti adlı terrorçu Dəclə çayının sol sahilində yerləşən Bəkr məhəlləsində anti-terror bölmələrinin döyüşçüləri tərəfindən əsir götürülüb. 


Onunla yanaşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan daha 14 ekstremist yaxalanıb. Onların izinə düşməkdə, radikalların yerini nişan verməklə, yerli sakinlər köməklik göstəriblər.