Azərbaycan mafiyası "döyüş"ə hazırlaşır

Azərbaycan mafiyası "döyüş"ə hazırlaşır

42 2 07:16 - 09 Yan

Bu il Moskvada azərbaycanlı kriminal avtoritetlər klanları arasında "müharibə"nin vüsət alacağı gözlənilir və artıq Rusiya mediası bu barədə silsilə yazılar dərc etməkdədir. Bu müharibənin əsasən üç azərbaycanlı "qanuni oğru" – Lotu Quli, Vaqif və Rəşad Gəncinskiy arasında gedəcəyi bildirilir. Prosesə digər qruplaşmaların da qoşulacağı istisna edilmir.


Hazırda Moskva və onun ətrafında azərbaycanlı kriminal avtoritetlər Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılov (Rəşad Gəncinskiy) arasında monolit güclü "birlik" yaranmasına baxmayaraq, 2017-ci ildə bu şəxslər arasında da təsir dairəsi uğrunda mübarizədə ciddi problemlər yaşancağı gözlənilir. "Rosbalt" bildirir ki, onların bir araya gəlməsini zəruri edən amil 2016-ci ilin avqustunda İstanbulda "qanuni oğru" Rövşən Lənkəranskinin öldürülməsi məsələsi olub. Düzdür, R. Lənkəranskinin ölümünün səbəblərinin "göy kralı" Cambulat Şamiloğlu ilə bağlı olduğu bildirilsə də, ortada fərqli fikirlər səslənirdi. Ancaq Yeni il öncəsi Rövşənin öldürülməsi ilə bağlı məsuliyyəti Rəşad Gəncinskiy öz üzərinə götürdü.


R. Gəncinskiy dar çərçivədəki görüşdə R. Lənkəranskinin onun tərəfindən öldürüldüyünü və bunu dostu Cambulatın qisasını aldığı üçün etdiyini bəyan edib. Hüquq-mühafizə orqanlarındakı mənbədən "Rosbalt"-a verilən məlumata görə, R.Lənkəranskinin aradan götürülməsi Lotu Qulinin və Vaqifin razılığı olmadan, yəni, Rəşad Gəncinskiy tərəfindən təkbaşına belə bir əməliyyatın həyata keçirilməsi qeyri-mümkün görünür. Görünür, onların razılığı ilə R.Gəncinskiy belə bir əməliyyatı reallaşdırıb.


Azərbaycan mafiyası Moskvanı "ayağa" qaldırır. Əgər belə olmasaydı, zamanında R. Lənkəranskinin nəzarətində olan Moskvadakı obyektlər bu "üçlük" arasında bərabər bölüşdürülməzdi. Çünki R.Lənkəranskinin ölümüdən sonra onun Moskvadakı obyektləri bu üç "qanuni oğru" arasında bərabər səviyyədə bölünüb. Bir çoxları hesab edir ki, "üçlük" arasındakı ittifaqın uzun çəkəcəyinə inam azdır. Bu ittifaq müəyyən müddətdən sonra dağılacaq və təsir dairələrini genişləndirmək üşün aralarında ciddi problemlər yaranacaq. Bunun ilk səbəbi kimi Lotu Qulinin 2017-ci ildə uzun müddətlı həbs həyatının bitəcəyi və azadlığa çıxacağı göstərilir.


"Lotu Quli"-nin xarakterini tanıyanlar isə bilir ki, o, bu gün reallığa uyğun olaraq digər iki şəxslə bir araya gəlib ittifaq qurub, ancaq azadlığa çıxdıqdan sonra onun kimisə özündən önə keçməsinə imkan verməyəcək. Ona görə də hesab edirlər ki, "Lotu Quli" bu gün Vaqiflə Rəşada dost və müttəfiq ola bilər, ancaq sabah qəddar düşmənə çevrilərək, onlara qarşı mübarizəyə başlar. Kriminal aləmdə isə belə hallara az rast gəlinməyib. Bunu Vaiqflə Rəşad da yaxşı anlayır. Onlar "Lotu Quli"-nin qəribə xarakterinə bələddirlər. Ona görə də bu "üçlük"-ün ittifaqının 2017-ci ildə dağıalcağını ehtimal edirlər. İttifaqın dağılması isə məlum "üçlük" arasında müharibə başlanğıcına start vermiş olacaq.


Mənbənin məlumatına görə, prosesə digər azərbaycanlı kriminal avtoritetlərin qoşulacağı gözlənilir və artıq bunun işartısı görünməkdədir. Onlar da öz varlıqlarını göstərmək və kriminal aləmdəki nüfuzlarını sübut etmək üçün hərəkətə keçəcəklər. Artıq Rusiyada Əli Əliyevin klanı (bu şəxs uzun müddət məhbus həyatı yaşayan Zaur Əliyevin doğma qardaşıdır. Z.Əliyev kriminal aləmdə "Zayka" kimi tanınır-red) fəallaşıb. Bu klan da istənilən halda azərbaycanlı avtoritetlərin təsir dairəsinin bölünməsi uğrunda gedən mübarizədə yer alacaqlar. Onların da əllərinə silah alacağı qaçılmazdır.


Prosesə eyni zamanda "Lotu Quli"-nin qəti əleyhdarı olan və ona qarşı düşmən mövqedə olan Əli Heydərovun da ( kriminal aləmdə "Albert Rıjiy" kimi tanınır) yer alacağı gözlənilir. Albert 2014-cü ildə saxlanılıb və iki ildir istintaq nəzarəti altında yaşayır. Düzdür, istintaqın gələcəyi dumanlı görsənsə də, onun azadlığa çıxamsı və bu proseslərdə yer alması istisna edilmir. Başlanacaq müharibəyə adları bəlli olmayan, ancaq kriminal aləmdə tanınan, söz sahibi olan və ya bir az zəif olan qrupların da qoşulacağı bildirilir. Düzdür, onların adı hallanmasa da, proseslər başlandıqdna sonra onların bu döyüşlərdə iştirakı istisna edilmir.


İstənilən halda 2017-ci ildə Rusiyadakı azərbaycanlı kriminal avtoritetlər arasında gərbin bir dövr yaşanacaq. Kriminal avtoritetlər arasında "razborka"lar və atışmaların olacağı gözlənilir. Əgər azərbaycanlı avtoritetlər uzaqgörənlik nümayiş etdirib, bir araya gələcəklərsə, yenə də sülh şəraitində "mehriban düşmən" prinsipinə əsaslanaraq həyatlarını davam etdirəcəklər. Bu zaman onlar Rusiyadakı əvvəlki nüfuzlarını bərpa edərək, yenidən bir gücə çevriləcəklər. Yox, əgər azərbaycanlı avtoritetlər arasında döyüş başlayacaqsa, o zaman onların parçalanmasına və nəzarətlərində olan obyektlərdə gözü olan digər millətlərdən olan kriminal qruplaşmalar, bu döyüşün daha da qızışmasına şərait yaradacaqlar. Onlar tərəflərə dəstək verməklə, azərbaycanlı kriminal avtoritetlərin son anda zəifləməsinə və gücdən düşməsinə yol açacaqlar. Məqsəd isə onların Rusiaydakı nüfuz dairəsini zəiflətməklə, həm öz təsir dairələrinə salmaq, həm də onların obyektlərinə sahib durmaqdır. İndi hər şey azərbaycanlı kriminal avtoritetlərin yaratdığı ittifaqda özlərini necə aparmasından asılı olacaq.