Azərbaycanda 19 yaşlı tələbə ürəyindən bıçaqlanaraq qətlə yetirildi

Azərbaycanda 19 yaşlı tələbə ürəyindən bıçaqlanaraq qətlə yetirildi

10 3 11:06 - 11 Yan

Cəlilabadda qətl hadisəsi baş verib.


 Cənub bürosunun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb. İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 19 yaşlı Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Universitet tələbəsi olan Emin 2001-ci il təvəllüdlü Murad Muradov tərəfindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində qətlə yetirilib.


Faktla bağlı Cəlilabad prakurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.