Bakıda “Demirchi Tower”də atışma: Ölən var

Bakıda “Demirchi Tower”də atışma: Ölən var

3 0 20:16 - 07 Yan

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.


Hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraq Hava Yolları” aviaşirkətinin ofisində baş verib. 


İnsident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.


Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.