Külli miqdarda Rusiya rublunun ölkədə çıxarılmasının qarşısı alındı

Külli miqdarda Rusiya rublunun ölkədə çıxarılmasının qarşısı alındı

6 0 10:15 - 07 Yan

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsindən verilen məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindəki gödəkcənin cibindən və hər ikisinin ayaqqabılarının içərisindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.