Fərda: "Kimin əyninə olmadısa, desin, hər "razmer"i var"

Fərda: "Kimin əyninə olmadısa, desin, hər "razmer"i var"

15 2 03:11 - 10 Yan

Aktyor Fərda Amin sosial şəbəkədə paylaşdığı videoda "Selfinaz" adlı "stand-up" şousunu tənqid edən şəxsləri təhqir edib.


O, fərdi şəkildə çəkdiyi videoda onu dəstəkləyənlərə deyil, tənqid edənlərə belə müraciət edib: "Sözüm mənə dəstək olanlara deyil, uğurumu həzm edə bilməyənlərə, məni tənqid edənlərədir: "Selfinaz" uzun müddətdən sonra "youtube"a qoyuldu və Azərbaycan incəsənətinə 3-4-5 manatlıq dəstəyi olmayan 20 manatlıq "wi-fi" adamları oturub evdə pulsuz izləyəndən sonra sancılanmağa başladılar. Əslində may ayından bu yana hesablasaq, 9 ay keçib, sancılanmaqları normaldır. İnşallah, əlinizdə, ovcunuzda qalsın".


Aktyor paylaşımın üzərində də bu sözləri əlavə edib: "Kimin əyninə olmadısa, desin, hər "razmer"i var. DİNCƏLİN DAHA!!!"