Bakıda gənc fotoqrafların "Naməlum Qazaxıstan" sərgisi keçiriləcək

Bakıda gənc fotoqrafların "Naməlum Qazaxıstan" sərgisi keçiriləcək

26 0 13:11 - 08 Dek

 Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti - Millətin Lideri Fondu tərəfindən təşkil olunan "Naməlum Qazaxıstan" foto layihəsinin açılışı olacaq.


Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi dekabrın 8-də Qazaxıstan Müstəqillik Günü münasibətilə keçiriləcək rəsmi qəbul çərçivəsində, eləcə də dekabrın 9-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş tutacaq.


Tamaşaçılara Qazaxıstan haqqında 40 ən parlaq və effektli fotoşəkillər təqdim olunacaq.

Ümumilikdə layihədə Qazaxıstanın bəzən insan ayağı da dəyməyən, az tanınan guşələrindən 3 mindən çox unikal kadr yer alıb.