Kukla Teatrı "Yeni il nağılı"tamaşası hazırlayıb

Kukla Teatrı "Yeni il nağılı"tamaşası hazırlayıb

21 0 13:40 - 06 Dek

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi uşaqlar üçün “Yeni il nağılı” tamaşası hazırlayıb.


Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada balacalar dünya və milli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar. Paxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlər uşaqlara komik vəziyyətlərlə izah olnur.


Bildirilib ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. 

Səhnə əsərində əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa edəcəklər.


Balacaların yeni il istirahətini daha da maraqlı edəcək səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hər gün dörd seans (saat 12.00, 14.00, 16. 00 və 18:00) olmaqla nümayiş olunacaq.