Madonna "Billboard" versiyası üzrə "İlin qadını" mükafatını alıb

Madonna "Billboard" versiyası üzrə "İlin qadını" mükafatını alıb

28 0 03:12 - 10 Dek

Amerikalı müğənni Madonna "Billboard" jurnalının versiyası üzrə "İlin qadını" mükafatına layiq görülüb.


Bu barədə nəşrin saytı məlumat yayıb.


"Mənim 34 illik karyeramı davam etdirmək qabiliyyətimə qiymət verdiyinizə görə çox sağolun", - deyə nəşr müğənninin mükafatı alan zaman etdiyi çıxışdan bir parçanı sitat gətirib.


Madonna həmin nitqi zamanı arasında seksizm və kişi şovinizmi, həmçinin İİV-lə mübarizənin olduğu bir sıra problemlərə toxunub. O, həmçinin son vaxtlar həyatdan köçən artistləri yad edib:


"Mənə elə gəlir ki, gördüyüm ən ziddiyətli iş həyatda qalmağımdır. Maykl (Cekson – red.) getdi. Tupak getdi. Prins getdi. Uitni (Hyuston – red.) getdi. Emi Uaynhaus və Devid Boui çıxıb getdi. 


Lakin mən hələ də burada durmuşam. Mən xoşbəxt insanlardan biriyəm və hər gün buna görə dua edirəm", - deyə müğənni bildirib.