Eks-prezidentin oğlunun meyiti tapıldı

Eks-prezidentin oğlunun meyiti tapıldı

16 2 07:03 - 09 Yan

Polşanın keçmiş prezidenti Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.


Məlumata görə, 43 yaşlı Pşemıslav Valensanın meyiti qohumu tərəfindən tapılıb. İlkin ekspertizaya əsasən meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.


Pşemıslav Valensanın atası, 73 yaşlı Lex Valensa 1990-1995-ci illərdə Polşa prezidenti olub. O, ümummilli seçkilər nəticəsində seçilmiş ilk prezident olub. 1983-cü ildə Lex Valensa işçi hüquqları uğrundakı mübarizəyə görə Nobel sülh mükafatına layiq görülüb.