İran prezidenti: “Xarici valyutaların məzənnəsi artmayacaq”

İran prezidenti: “Xarici valyutaların məzənnəsi artmayacaq”

31 0 05:46 - 02 Yan

“Ölkədəki iqtisadi durumla bağlı nikbinəm. Xalqımı əmin etmək istəyirəm ki, xarici valyutalar artmayacaq”.

 

Bunu İran prezidenti Həsən Ruhani dövlət televiziyasının canlı efirində bəyan edib.

 

O bildirib ki, İran hökuməti maliyyə bazarında sabitliyin qorunması istiqamətində lazımı addımlar atacaq.

 

Qeyd edək ki, ötən həftə İranın milli valyutası dollara nisbətdə xeyli ucuzlaşaraq, tarixi minimumu yeniləyib.