ABŞ -Türkiyə münasibətləri gərginləşir — amerikalılar PKK-ya təlim keçir

ABŞ -Türkiyə münasibətləri gərginləşir — amerikalılar PKK-ya təlim keçir

47 0 11:09 - 07 Yan

ABŞ və Türkiyə arasındakı münasibətlər gərginləşir.


 ABŞ Afrində yerləşən PKK bazasında terrorçulara təlim verir. Terrorçuların təlim keçdiyi "terror akademiyası"nın fotoları üzə çıxıb. Baş nazir Binəli Yıldırıma təqdim edilən hesabatda müasir bir ordu qurula biləcəyinə aid məlumatlar var.


Bir müddət əvvəl Türkiyə prezidenti Ərdoğan və baş nazir Binəli Yıldırım bildirmişdi ki, ABŞ PKK-ya silah verir. Bu gün isə ABŞ-ın qruplaşmanı silah-sursat, paltar və təlimlərlə təmin etdiyi üzə çıxdı.


Hatay və Kilis vilayətləri ilə Suriya sərhəddində Afrin bölgəsində PKK üçün "terror akademiyası" qurulub. Bir çox ölkədən gələn terrorçu bu bazada təlim keçir. Təlim təhlükəsizlik qüvvələri tərəfindən aparılır.


Qruplaşma Suriyada gücə çevrilmək üçün bir çox terrorçu yetişdirməyi planlaşdırır. Bunun üçün xarici ölkələrdən dəstək alır.