Erməni terrorçusunun etirafları

Erməni terrorçusunun etirafları

8 2 16:44 - 09 Yan

Ermənilərin Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməlləri, o cümlədən Xocalı soyqırımının törədilməsində Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu ASALA və onun alt qolları olan Arabov və Aramot terrorçu qruplaşmalarının bilavasitə iştirakı ötən həftə elə erməni terrorçusunun İsveçrə mətbuatına verdiyi müsahibəsində növbəti dəfə etiraf olunub.


Yazıda 1981-ci il iyulun 9-da Cenevrədə törədilmiş terror aktının təfərrüatı açıqlanıb. Bildirilir ki, Türkiyə Konsulluğunun katibi Mehmet Savaş İrqız Şamxosyan adlı 21 yaşlı erməni terrorçu tərəfindən qətlə yetirilib.


Uzun müddət hazırlanmış bu tapşırığın məqsədi İsveçrədə türk kəşfiyyatının rəhbəri olduğu güman edilən həmin şəxsin aradan götürülməsi olub. Müxbir yazır ki, terroru törədən şəxslə onun söhbəti Ermənistanın paytaxtının küçələrindən birində yerləşən kiçik və rahat kafelərdən birində edib.