İlham Əliyev İran prezidentinə və Xameneyiyə başsağlığı verib

İlham Əliyev İran prezidentinə və Xameneyiyə başsağlığı verib

2 0 17:28 - 09 Yan

Prezident İlham Əliyev İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar hazırkı prezident Həsən Ruhaniyə və Ali rəhbər Ayətullah Xameneyiyə başsağlığı verib.

 

Olkə başçısının Ayətullah Xamaneyiyə ünvanldığı məktubunda deyilir: 

“İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.


Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınmışdır. 


Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir.


Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.