Kot dİvuarın müdafiə naziri hərbçilərin ələ keçirdiyi şəhərdə itkin düşüb

Kot dİvuarın müdafiə naziri hərbçilərin ələ keçirdiyi şəhərdə itkin düşüb

9 0 22:22 - 07 Yan

Kot d`İvuarın müdafiə naziri Alayn-Riçard Donvahi ordudan tərxis olunmuş hərbçilərin bir qrupunun qaldırdığı üsyanla əlaqədar vəziyyəti həll etmək üçün Buake şəhərinə gedib, ancaq hazırda onun dəqiq yeri məlum deyil.


Bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.


Qeyd edək ki, dünən ordudan tərxis olunmuş hərbçilərin bir qrupunun silah anbarlarını ələ keçirdiyi və Buake şəhərinə nəzarəti ələ aldığı məlum olub.


AFP-nin məlumatına görə, bu gün şəhərdə pulemyot və ağır silahlardan atəş səsləri eşidilməkdə davam edir, atışma gəcə boyu da davam edib. Üsyançılar şəhərin girişində buraxılış məntəqələri qurub.


Əlavə edək ki, yanvarın 6-da Daloa və Korhoqo şəhərlərində həqiqi hərbi xidmətdə olan hərbçilər qiyama qalxıb. Üsyançılar 2007-ci ilin bütün razılaşmalarının hökumət tərəfindən həyata keçirilmədiyini iddia edir. Hərbçilər xüsusilə əmək haqlarının artırılmasını tələb edirlər.