Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

29 2 08:34 - 08 Yan

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.


Uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.


İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.


Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.