Türkiyədə öldürülən rus səfirinin qətli ilə əlaqədar 4 polis əməkdaşı həbs edilib

Türkiyədə öldürülən rus səfirinin qətli ilə əlaqədar 4 polis əməkdaşı həbs edilib

10 0 11:21 - 07 Yan

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə əlaqədar 5 nəfər həbs edilib.


Həbs olunanlar qatil Mövlut Mert Altıntaşın məzunu olduğuİzmir Rüştü Ünsal Polis Məktəbinin əməkdaşlarıdır. 


Onlardan 4-ü polis, 1 isə FETÖ üzvü Süleyman Ergen olub. Həmin polislər sonradan Mövlut Mert Altıntaşın iş yoldaşları olub. 


Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.