Yeni il gecəsi İstanbulu qana boyayan terrorçunun adı bəlli oldu

Yeni il gecəsi İstanbulu qana boyayan terrorçunun adı bəlli oldu

6 0 21:18 - 07 Yan

İstanbul polisi yeni il gecəsi qanlı terror aktı törədən terrorçunun adını müəyyən edib. 


Polis rəsmiləri terrorçunun adının Abdulqadir Maşaripov olduğunu bildirib. Terrorçunun həmçinin özbəkistanlı olduğu qeyd edilib.


 Hazırda polis terrorçu Abdulqadir Maşaripovun keçmişi barədə məlumatlar əldə etməyə çalışır. Qeyd edək ki, yeni il gecəsi İstanbulun Beşiktaş rayonunda yerləşən Reina əyləncə mərkəzində çox sayda dinc sakinin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. 


Hadisə nəticəsində 39 nəfər öülb, 69 nəfər yaralanıb.